Təhsil sistemindəki neqativ hallarla mübarizənin gücləndirilməsi istiqamətində nazirliyə daxil olan faktların araşdırılması təmin olunub.
Bu barədə lent.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Ötən il ciddi nöqsanlara yol vermiş 2 rayon təhsil şöbəsinin məsləhətçisi, 16 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib. 23 şəxs barəsində digər intizam tənbehi tədbirləri görülüb.
5 fakt üzrə toplanmış materiallar isə araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib.


Şərhlər