Menu

"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun dəyişdiriləcək

13.10.2026, 10:55
"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun dəyişdiriləcək

Azərbaycan Mərkəzi Bankı (AMB) "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ictimaiyyətə təqdim etməyi planlaşdırır.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə bu gün keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirdə bildirib.

Onun sözlərinə görə, yenilənmiş qanun fintexlərin əhatə dairəsini genişləndirməyə və xidmət çeşidliliyini artırmağa imkan verəcək.

"Ödəniş bazarındakı vəziyyətə baxsaq görərik ki, ilk dövrlərdə bu bazar nəzarətsiz formalaşıb, daha sonra nəzarət onun institusional inkişafını təmin edib və artıq institusional inkişafa nail olmuş təşkilatlar mövcuddur", - deyə AMB rəsmisi əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol