"Hicabdan necə və hansı yaşlarda istifadə etməsi ilə bağlı fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Azərbaycanda hicab qadağan olunmayıb".
"AzPolitika" xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Real TV-yə müsahibəsində söyləyib.
O bildirib ki, dini təhsil müəssisələrində qızlar hicabla təhsil alırlar. Amma dövlət təhsil müəssisələrində vahid forma ilə bağlı qərar qəbul olunub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib ki, xaricdə və daxildə bəzi qüvvələr Azərbaycanda İslamın sıxışdırılması, müsəlmanlara əziyyət verilməsi, hicabın qadağan olunması haqqında məlumatlar yayırlar. Onlar bu məsələni siyasiləşdirirlər.
Onun sözlərinə görə, vahid geyim forması ilə bağlı qərardan siyasi məqsədlər üçün istifadə edib, dövlətimizə dil uzatmaq və müəyyən şəxsləri dövlətə qarşı yönəltmək qəbuledilməzdir.


Şərhlər