Menu

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub

14.10.2026, 15:08
İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

"AzPolitika" xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk edərkən "Qırmızı kanal"a yönləndirilərək əl yükü və baqajına stasionar rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı şübhəli təsvirlər müşahidə olunduğundan əl yükü və baqajda ətraflı gömrük yoxlaması aparılıb. Yoxlama nəticəsində gömrük orqanına bəyan edilməyən külli miqdarda - 36 adda 16 036 ədəd dərman vasitəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

İsrafil Dostəliyev 2026-10-14 15:28:04

*Yaşıl kanal* bəlkə də daha qüdrətli güc dövlətlərinin Azərbaycanımıza (Özünə) geniş şaxələndirmə iqtisadi *İstehsal* (biznes) icadı-kəçfidir? Fabriklər rəsmən işə buraxılıb, elə Elektron dirəklər, Günəş Panelləri, müxtəlif təyinat parametri PUAlar kimi məhsulları lazım gələrsə (bəy filmindəki elə Oradan gətirilib) təqdim ediləcək, yerlərinə qoyulacaqlar? Dərmanların minlərlə əlac-maddələri gətirilənə, təhlil, piroliz, sintez, distilə və sınaq-yoxxlamalarına qədər hələ çox zaman lamdır???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol