Menu

Xalq artisti reanimasiyaya yerləşdirildi

15.10.2026, 17:24
Xalq artisti reanimasiyaya yerləşdirildi

Xalq artisti Zaur Rzayev reanimasiyaya yerləşdirilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"1952-ci il təvəllüdlü sənətçi Z.Rzayev Mərkəzi Neftçilər Xəstəxanasındadır.

O, oktyabrın 14-də saat 21:30 radələrində xəstəxananın Qəbul şöbəsinə hospitalizasiya edilib. Pasiyentə qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları qoyulub.

Hazırda onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir",- deyə qurumdan bildirilib.

Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də də xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulmuşdu. Sonradan evə buraxılan sənətçinin ailəsi müalicəsinin ev şəraitində davam etdiyini açıqlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol