Son bir neçə gündə Gürcüstanın milli valyutası –Lari (GEL) ötən ilin sonları ilə müqayisədə bir az da ucuzlaşıb.
Gürcüstan Milli Bankının məzənnəsinə görə, yanvarın 9-da 1 dollar 1,9086 lariyə bərabər olub.
Dekabrın sonlarında isə 1 dollar təqribən 1,8403 lariyə dəyişdirilib.
Xarici valyutalar içərisində Azərbaycan manatı mövqeyini daha da möhkəmləndirib. Bu gün 1 manat 2,4394 GEL-ə dəyişdirilib.
Milli Bankın müəyyən etdiyi məzənnəyə əsasən yanvarın 9-da 1 avro - 2,2464 GEL, 1 ingilis funt sterlinqi - 2,8732 GEL, 1 Türkiyə lirəsi - 0,8268 GEL, 100 Rusiya rublu - 3,0992 GEL, 1000 Ermənistan dramı - 4,0224 GEL, 10 Ukrayna grivnası - 1,2290 GEL təşkil edib. /"Azərtac"


Şərhlər