"İndiki prezidentin diqqət yetirdiyi yeganə şey, iqamətgahını yaxşılaşdırmaqla yanaşı, özünü, ailəsini və yaxınlarını varlandırmaqdır... Bizim bir donordan kredit kartı borclarını ödəmək üçün pul tələb edən bir Amerika səfirimiz var. Venesuelalı milyarderin əfv istədiyini öyrəndik. Ona görə Trampın vəkillərindən birinə 50 milyon dollar ödənib”.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-nin sabiq prezidenti Barak Obama Demokratlar partiyasının Ohayadakı seçki mintiqində deyib.
Qeyd edək ki, müşahidəçilərin bildirdiyinə görə, Respublikaçılar partiyası aralıq seçkidə Konqres üzərində nəzarəti itirəcəyi təqdirdə, Trampın özü və ətrafı barədə bir sıra araşdırmalar aparıla bilər.
“AzPolitika.info”


Şərhlər