Menu

Deputatın həbs edilən oğluna yeni ittiham verildi – Maddəsi açıqlandı

27.10.2026, 15:38
Deputatın həbs edilən oğluna yeni ittiham verildi – Maddəsi açıqlandı

Oktyabrın 23-də Bakının Xətai rayonunda, General Şıxlinski küçəsində yerləşən keçmiş “Ab-Hava” restoranında qətllə nəticələnən kütləvi davanın iştirakçısı, deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadəyə narkotik ittihamı da verilib. O, həm də AR Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə də ittiham olunacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə “Gununsesi.info” özəl mənbələrə istinadla məlumat yayıb.

Xatırladaq ki, hadisə nəticəsində 43 yaşlı Ceyhun Mirağayev bıçaqlanaraq öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Hadisə ilə bağlı deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də saxlanılıb. Məlumata görə, görüşü tərəfləri barışdırmaq məqsədilə onun təşkil etdiyi iddia olunur. Oktyabrın 25-də məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Qətli törətməkdə ittiham olunan Emin Rəhimov və Elmar Cəfərov da saxlanılıb. Ümumilikdə, hadisə və onun planlaşdırılması ilə əlaqədar bir neçə nəfər həbs edilib.

İstintaq davam edir və saxlanılan şəxslərin hər birinin hadisədəki rolu araşdırılır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol