Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
"AzPolitika" xəbər verir ki, Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
Sənədə əsasən, nazirliyin iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirmək vəzifəsi ləğv edilib.


Şərhlər