"Azərbaycanla İran arasında korrupsiya və cinayətkarlıqla bağlı ikitərəfli əlaqələrimiz də davam edir və müvafiq strukturlar arasında əməkdaşlıq mövcuddur".
"AzPolitika" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.
O bildirib ki, müasir dünyada cinayətkarlıqla mübarizə yalnız bir dövlətin, bir hökumətin və ya hər hansı dövlətin ərazisi daxilində həyata keçirilə bilməz:
"Bütün dünya bu istiqamətdə sistemli və koordinasiyalı şəkildə mübarizə aparmalıdır. Bu çərçivədə bu gün İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən iclas belə bir mesaj verir ki, İslam ölkələri korrupsiyaya və cinayətkarlığa qarşı mübarizədə həmrəylik və əməkdaşlıq etmək istəyirlər. Eyni zamanda qeyd etməliyəm ki, bu sahədə ikitərəfli əlaqələrimiz də davam edir və müvafiq strukturlar arasında əməkdaşlıq mövcuddur".
Səfir əlavə edib ki, cinayətkarlıqla mübarizə aparmaq üçün onların cinayət törətməsini gözləməli deyillər:
"Bəlkə də bundan daha vacib olan cinayətkarların öz cinayətlərinə başlamasına və ya onları davam etdirməsinə imkan verməmək üçün əməkdaşlıq etməyimizdir. Bu baxımdan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq faydalıdır. Çox müsbət haldır ki, biz hər iki səviyyədə əməkdaşlıq aparırıq".


Şərhlər