Menu

Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı

28.10.2026, 16:25
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı

Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.

"AzPolitika" President.az-a istinadən xəbər verir ki, fərmanla "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib.

Müəyyən edilsin ki, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sisteminin (DERKİS) sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, operatoru funksiyalarını isə həmin Xidmətin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs həyata keçirir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol