Menu

İstanbulda terror aktının qarşısı alındı

10.01.2015, 11:46
İstanbulda terror aktının qarşısı alındı

Türkiyə təhlükəsizlik qüvvələri İstanbulun ticarət mərkəzlərinin birində terror aktının qarşısını alıblar.

Trend-in şənbə günü "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, dünən Türkiyə təhlükəsizlik qüvvələri terrorçu Kürd Fəhlə Partiyası (PKK) təşkilatı silahlılarının İstanbulun ticarət mərkəzlərinin birində terro aktı törətməyi planlaşdırdıqları barədə məlumat əldə edib.

Xüsusi əməliyyat çərçivəsində iki PKK silahlısı saxlanılıb. Onlardan partlayıcı qurğular aşkar edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol