Menu

Sirkədən zəhərlənən qadın öldü

30.10.2026, 15:17
Sirkədən zəhərlənən qadın öldü

Bakıda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən qadın vəfat edib.

“AzPolitika” xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Oktyabrın 28-i Gülarə Zeynalova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Tibbi yardıma baxmayaraq o, oktyabrın 29-u vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol