Menu

Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

30.10.2026, 13:24
Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qoruqbağı kəndi ərazisində qeydə alınıb.

Rayon sakini 1951-ci il təvəllüdlü Cavanşir Məmmədovun idarə etdiyi "Opel Astra" markalı avtomobillə Ağdam rayon sakini 1988-ci il təvəllüdlü İsa Bəxtiyarovun idarə etdiyi "KIA Forte" markalı maşın toqquşub.

Hadisə nəticədə sürücülər və "KIA Forte"nin sərnişinləri - 1963-cü il təvəllüdlü Vidadi Bəxtiyarov və 2011-ci il təvəllüdlü Tural Bəxtiyarov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol