Menu

"Ağdamda mənə niyə ev düşmür?" - Deputatla spiker arasında gərginlik

30.10.2026, 13:17
"Ağdamda mənə niyə ev düşmür?" - Deputatla spiker arasında gərginlik

"Ağdamda şəhərin mərkəzində atamın mülki olub. Lakin 5 bacı, 2 qardaş bizə Ağdamda ev düşmür. Niyə?"

"AzPolitika" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

"Bu gün işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri gedir. Mən 1970-ci ildən etibarən Bakıda yaşayıram. Qaçqın və məcburi köçkün statusu daşımıram. Mənim atamın mülkündə tikilən evlər niyə mənə verilmir? O cümlədən mənə də müraciətlər olunur ki, niyə bizə ev düşmür? Təklif edirəm ki, bu məsələyə, yəni qaçqın statusuna yenidən baxılsın. Belə çıxır ki, mən Ağdamda öz cibimdən pul verib ev almalıyam? Niyə?", - deputat vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın fikrinə aydınlıq gətirib:

"Niyə görülən işlərə ləkə salırsız? Bu qədər iş görülür. Ağdama ağdamlılar köçmürlərsə, kim köçür?"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol