Astarada sürüşmə olub, Pensərçayda istinad divarı dağılıb.
"AzPolitika" APA-ya istinadla xəbər verir ki, sürüşmə Pensərçayın rayonun Vaqo kəndindən keçən hissəsində baş verib.
Belə ki, rayonda yağan aramsız yağışlar nəticəsində su sərfi artıb və bəndlərin dib yamaçı yuyulub. Nəticədə 16 ədəd, ümumilikdə 20 m uzunluqda torpaq qatı çaya aşıb. Bəzi vətəndaşların məhəllə arası istifadə etdiyi yolun en səviyyəsi azalıb.
Hazırda əraziyə Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəsisləri və texnikaları cəlb olunub. Bus bəndlərin cari təmiri işlərinə başlanılıb. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Agentliyi, Regional Su və Meliorasiya Xidməti QSC və Layihə instutuna məıumat verilib.


Şərhlər