Rusiya xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti G20 xarici işlər nazirlərinin zirvə toplantısına qatılmaq üçün səfərə başlayıb. Rusiyanın TASS agentliyinin məlumatına görə, hökumət təyyarəsi Gürcüstanın paytaxtındakı hava limanına eniş edib.
Oktyabrın 30-31-də keçiriləcək G20 ölkələrinin xarici işlərinin toplantısına ABŞ-nin xarici siyasət idarəsinin rəhbəri Marko Rubio sədrlik edir.
“Associated Press” agentliyinin təhlilinə görə, dünyanın ən böyük 20 iqtisadiyyatının aparıcı diplomataları beynəlxalq təhlükəsizliyi, qlobal ticarəti təhdid edən saysız-hesabsız müharibələr və dərin geosiyasi ziddiyyətlər fonunda bir araya gəlirlər.
Toplantının əsas mübahisəli mövzuları sırasında aşağıdakılar yer alır:
-Rusiya-Ukrayna müharibəsi;
-ABŞ və İsrailin İrana qarşı siyasəti;
-ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları;
-Çinin Cənubi Çin dənizindəki hərəkətləri.
Ekspertlər qeyd edirlər ki, mövcud gərginliklər fonunda qrup üzvlərinin ən həssas məsələlərdə razılığa gəlməsi praktiki olaraq mümkünsüz görünür. Bütün bu amillər qlobal yanacaq qiymətlərində kəskin artımlara və ticarət bazarında böyük qeyri-müəyyənliyə yol açır.
Nazirlərin bu toplantısı dekabrın 14-15-də Mayamidə təşkil olunacaq əsas G20 Sammitinə hazırlıq mərhələsində mühüm mərhələ hesab edilir.
Daha əvvəl Rusiyanın prezident sözçüsü Dmitri Peskov TASS-a açıqlamasında Vladimir Putinin Mayamiyə şəxsən gedib-getməyəcəyi ilə bağlı hələlik son qərarın verilmədiyini bildirmişdi. ABŞ Prezidenti Donald Trump isə öz növbəsində Putini zirvədə mütləq görmək istədiyini bəyan edib.
Kremldən verilən son açıqlamalarda isə Putinlə Trump arasında mümkün görüş barədə danışmaq üçün hələ çox tez olduğu vurğulanır.
Rasim
“AzPolitika.info”


Şərhlər