Menu

“Sən xəstəsən, “Reuters” dəhşətlidir” - Tramp yenə jurnalisti təhqir etdi

30.10.2026, 11:42
“Sən xəstəsən, “Reuters” dəhşətlidir” - Tramp yenə jurnalisti təhqir etdi

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə ona “xoşagəlməz” sual verən jurnalisti təhqir edib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tramp seçki kampaniyası çərçivəsində Kanzasa səfərini təxirə salıb və “Reuters”-in jurnalisti ona bu qərarının səhhətindəki problemlərlə bağlı olub-olmadığını soruşub.

Tramp cavab olaraq özünü tamamilə yaxşı hiss etdiyini iddia edib və deyib ki, səfəri yalnız həmin mitinqdə şəxsən iştirak etməyə ehtiyac duymadığı üçün ləğv edib. Ardınca jurnalisti nəzərdə tutaraq deyib: "Sən xəstəsən. Sən xəstə oğlansan. “Reuters” dəhşətlidir. Bu oğlana baxın. O, pis vəziyyətdədir. Sən iyrəncsən! Özünü qaydaya sal. Sən dəhşətli görünürsən".

Eyni zamanda, Tramp jurnalistləri qəti şəkildə əmin edib ki, o, əla fiziki vəziyyətdədir.


“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol