Ötən gecədən Moskva aeroportları yenidən eniş və uçuşlar üçün bağlanıb.
“AzPolitika” xəbər verir ki, Rusiya paytaxtının hava limanlarındakı vəziyyətlə bağlı sosial mediada məlumatlar və çoxsaylı görüntülər yayımlanıb.
Moskvanın bütün hava limanlarında məhdudiyyətlər tətbiq edilib. Ukrayna Silahlı Qüvvələrinin PUA hücumları Moskva və Rusiyanın digər böyük şəhərlərində hava nəqliyyatını demək olar, iflic edib.
Nəticədə aviaşirkətlər böyük itkilərlə üzləşir və sərnişinlər uçuşlarını saatlarla, hətta günlərlə gözləmək məcburiyyətində qalırlar.
Buna baxmayaraq, Moskva meri Sergey Sobyanin paytaxta yönələn 800-dən çox Ukrayna PUA-sının “uğurla vurulduğunu” bəyan edib. Ancaq göründüyü kimi, buna baxmayaraq, Moskvada hava nəqliyyatı artıq neçənci həftədir ki, iflicdir.
“AzPolitika.info”


Şərhlər