Menu

Azərbaycan millisi Əfqanıstana uduzdu

30.10.2026, 12:39
Azərbaycan millisi Əfqanıstana uduzdu

Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparan Azərbaycan millisi növbəti oyununu keçirib.

"AzPolitika" xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda C Divizionu çərçivəsində Əfqanıstan yığması ilə qarşılaşıb.

Görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə rəqib 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb.

Yığma qrup mərhələsində Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

Millimiz C Divizionundakı əvvəlki oyunlarında Çiliyə 1:3, Vyetnama 2:4 hesabı ilə məğlub olub, Cəbəllütariqə 5:1, Mozambikə isə 4:1 hesabı ilə qalib gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol