Menu

Azərbaycan millisi Mozambik yığmasına qalib gəlib

29.10.2026, 12:29
Azərbaycan millisi Mozambik yığmasına qalib gəlib

Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalının C Divizionunda Mozambik yığmasına qalib gəlib.

"AzPolitika" xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu kollektiv rəqibini 4:1 hesabı ilə məğlub edib.

Beləliklə, F.Xəlilovun komandası bu gün, saat 19:30-da Vyetnam millisi ilə üz-üzə gələcək. Vyetnam komandası Kubanı 2:1 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1, hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

Kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) daha əvvəl Çili yığmasına uduzub (1:3), ardınca Cəbəllütariq seçməsini 5:1 hesabı ilə məğlub edib.

Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol