Menu

Rusiya və Ukrayna bu şəhərdə atəşkəsə razılaşdı - Kreml bu addımı nə üçün atır?

29.10.2026, 13:03
Rusiya və Ukrayna bu şəhərdə atəşkəsə razılaşdı - Kreml bu addımı nə üçün atır?

Xerson vilayətinin Rusiya qüvvələrinin nəzarətində olan Oleşki şəhərində Rusiya və Ukrayna qoşunları arasında lokal atəşkəs rejimi qüvvəyə minib. İlkin mərhələdə yalnız bu bölgəni əhatə etməsi nəzərdə tutulan barışıq daha sonra digər ərazilərə də şamil edilib. Razılaşmanın əsas məqsədi yolların minalardan təmizlənməsi və humanitar konvoysların təhlükəsiz keçidinin təmin edilməsidir.

Xatırladaq ki, bu barışıq razılaşması barədə ilk rəsmi məlumat oktyabrın 23-də Ağ Ev tərəfindən açıqlanıb. ABŞ administrasiyasının bəyanatında qeyd olunurdu ki, razılaşma ABŞ-nin birinci xanımı Melaniya Trampın fəal vasitəçiliyi sayəsində mümkün olub. Məhz o, sosial şəbəkələrdə atəşkəs rejiminin faktiki olaraq başladığını elan edərək, bunun mülki şəxslərin müdafiəsinə və kritik vacib yüklərin çatdırılmasının sürətləndirilməsinə xidmət etdiyini bildirib. "Səssizlik rejimi" Ukraynanın insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi və Rusiya Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib.

Ukrayna Prezidenti Volodimir Zelenski əməliyyatın əsas vəzifəsinin şəhər blokadasında qalan insanların həyatını xilas etmək olduğunu bildirib. Öz növbəsində, Kremlin mətbuat katibi Dmitri Peskov Alieşkidə tətbiq olunan mexanizmin digər cəbhə xətləri üçün də presedent yarada biləcə istisna etməyib.

Ekspertlər bu addımı necə qiymətləndirir?

Hərbi ekspert Nikolay Mitroxinin sözlərinə görə, Alieşkidəki vəziyyət unikal deyil: Dnepr çayının Qara dənizə çıxışından tutmuş Kinburn yarımadasına, Enerqodara və təmas xəttindəki Vasilevkaya qədər bütün ərazidə yaşayan sakinlər oxşar çətinliklərlə üzləşirlər.

“Son üç il ərzində praktiki olaraq hər gün Rusiya tərəfindən dinc sakinlərin dron zərbələri və ya artilleriya atəşləri nəticəsində həlak olması ilə bağlı xəbərlər daxil olur. Alieşkinin bəxti ondan gətirdi ki, bu, ən böyük yaşayış məntəqəsidir və orada ən çox sakin qalır”, – deyə Mitroxin qeyd edib.

Politoloq Aleksandr Morozov hesab edir ki, hərbi nöqteyi-nəzərdən bu addım Vladimir Putinin “bufer zona” ideyasına işləyir:

Rusiya lideri bu addımla Melaniya Trampın humanitar təşəbbüslərinə müsbət reaksiya verir və Vaşinqtonla müəyyən təmaslar qurur.

Həmçinin əhalinin əldən-ələ keçən və ya ağır məhdudiyyətlər zonasında yerləşən “boz ərazilərdən” təxliyyə edilməsi faktiki olaraq Kremlə lazım olan “bufer zona” mənzərəsini yaradır. Bununla belə, ekspert xəbərdarlıq edir ki, Rusiya ərazisinə aparılacaq insanların taleyi narahatlıq doğurur, çünki onlar illər əvvəl sərtliyi ilə tanınan "filtrasiya" düşərgələrindən keçə bilərlər.

Bəzi dairələrdə dizel sövdələşmələri fonunda ABŞ-dan sanksiyaların ləğvi barədə gözləntilər səslənsə də, A. Morozov buna şübhə ilə yanaşır. Onun fikrincə, ABŞ-ın Rusiya ilə bağlı ümumi sanksiya rejimi və siyasi məhdudiyyətlər dəyişməz olaraq qalacaq, çünki Vaşinqton Moskva ilə iqtisadi əməkdaşlığı real olaraq genişləndirmək niyyətində deyil.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol