Ermənistan parlamentində deputatlar arasında kütləvi dava baş verib.
"AzPolitika" Ermənistan mediasına istinadən xəbər verir ki, insident bugünkü iclas zamanı hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Taron Çaxoyanın çıxışı zamanı başlayıb. Deputatlar arasında yaranan mübahisə qısa müddət sonra kütləvi əlbəyaxa davaya çevrilib.
Dava parlamentin canlı yayımı zamanı baş verib. Parlamentin spikeri Ruben Rubinyan yayımın dayandırılmayacağını bildirərək xalqın parlamentdə baş verənləri görməli olduğunu deyib.
Bundan sonra iclasda fasilə elan olunub. Lakin deputatlar arasındakı qarşıdurma iclas zalından kənarda da davam edib.


Şərhlər