Menu

Ermənistan Prezidenti yoxa çıxıb – Xaçaturyan ictimaiyyət arasına niyə çıxmır?

29.10.2026, 13:56
Ermənistan Prezidenti yoxa çıxıb – Xaçaturyan ictimaiyyət arasına niyə çıxmır?

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhəti son həftələrdə xeyli pisləşib.

“AzPolitika” ermni mediasına istinadla xəbər verir ki, Ermənistan Prezidenti 27 oktyabr terror aktının ildönümü ilə bağlı tədbirlərdə iştirak etməyib, o, həmçinin, Ermənistanda keçirilən COP-17 iqlim sammiti çərçivəsində bir sıra tədbirlərə qatılmayıb.

Bundan əlavə, onun himayəsi altında “The Prince Talal International Prize for Human Development 2025” mərasimi keçirilib, lakin Xaçaturyan bu tədbirdə də iştirak etməyib.

Eyni zamanda, Ermənistan Prezidenti dünən İspaniya Kraliçası və Səudiyyə Ərəbistanı şahzadəsinin təntənəli qəbulu mərasimində də olmayıb.

“Bizim məlumatlara görə, o, nadir hallarda öz iqamətgahında olur. Xaçaturyan uzun müddətdir xəstədir. İnsanlar onun görünüşündə dəyişikliklər görməyə başlayıblar”, - nəşr yazır.

Qeyd edək ki, daha əvvəl mediada Ermənistan Prezidentinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi və ağciyərindən əməliyyat edildiyi barədə məlumatlar yayılıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol