Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq.
"AzPolitika" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır:
"Belə bir maraqsızlıqdan söhbət gedə bilməz. Əksinə, xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik və bundan çox məmnunuq. Düşünürəm ki, bu, həm insan kapitalının inkişafı, həm informasiya texnologiyalarından istifadə, həm də rəqabətin güclənməsi baxımından töhfə verəcək".
T. Kazımovun fikrincə, sözsüz ki, ölkəmizin maraqlarını qorumaq şərtilə, təkcə bank sektorunda deyil, həm də kapital bazarında və sığorta sektorunda xarici iştirakın artmasına açığıq:
"Məqsədimiz Azərbaycanın maliyyə sektorunu tanıtmaqdır. İstəyirəm ki, maraqlanan şəxslər ölkəmizin maliyyə sektorunu daha yaxından tanısınlar. Vəzifəmiz onları ölkəmizə dəvət etmək və Azərbaycanın maliyyə sektorunu tanıtmaqdır".


Şərhlər