Azərbaycandan Ukraynaya humanitar yardım çərçivəsində 1,5 milyon ABŞ dolları dəyərində enerji avadanlığı göndərilib.
"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev sosial media hesabında paylaşım edib.
"Yardım çərçivəsində 9 transformator, 186 kilometr kabel və 12 kilovoltluq paylayıcı qurğular Ukraynanın Energetika Nazirliyinə təhvil verilib. Avadanlıqları Azərbaycanın Ukraynadakı səfirliyi təhvil verib", - o vurğulayıb.


Şərhlər