Menu

Rusiya Dneprdə elektrik qatarını vurdu – Azı 13 nəfər həlak olub, çoxsaylı yaralılar var...

29.10.2026, 14:20
Rusiya Dneprdə elektrik qatarını vurdu – Azı 13 nəfər həlak olub, çoxsaylı yaralılar var...

Rusiya qoşunları Ukraynanın Dnepr şəhərinə növbəti dəfə qanlı hücum həyata keçirib.

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, şəhərin dəmir yolu vağzalına reaktiv mühərrikli pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, zərbə vağzalın platformalarından birinə dəyib. Hücum zamanı həmin ərazidə sərnişinlərin olduğu bildirilir. İlkin məlumatlara əsasən, 13 nəfər həlak olub, azı 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Zərbənin birbaşa vağzalda dayanan və Dnepr - Zaporojye marşrutu ilə hərəkət edən № 866 saylı mülki elektrik qatarına dəydiyi qeyd edilir.

Dneprin meri Boris Filatov və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Hanza dinc sakinlərin hədəf alındığını, çoxsaylı ölü və yaralıların olduğunu təsdiqləyiblər.

Hazırda hadisə yerində xilasedicilər, fövqəladə hallar xidməti və tibb işçiləri çalışır, yaralılara zəruri yardım göstərilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol