Menu

"Turan Tovuz" satılır? - AÇIQLAMA

29.10.2026, 11:22
"Turan Tovuz" satılır? - AÇIQLAMA

Sosial şəbəkədə "Turan Tovuz" klubunun sahibi Ehtiram Quliyevin klubu satdığı və hazırda komandanı Həsən Zeynalovun idarə etdiyi barədə iddialar yayılıb.

"AzPolitika" xəbər verir ki, iddialar barədə "Turan Tovuz" Peşəkar Futbol Klubu (PFK) İctimai Birliyinin (İB) İdarə Heyəti sədrinin müavini Nəsimi Paşayev Oxu.Az-ın sorğusuna cavab verib.

Onun sözlərinə görə, qurum "Turan Tovuz" PFK İB kimi fəaliyyət göstərir, Ehtiram Quliyev isə birliyin İdarə Heyətinin sədridir:

"Klubun hüquqi statusu ictimai birlikdir - "Turan Tovuz" PFK İctimai Birliyi. Ehtiram Quliyev isə İB-nin idarə heyətinin sədridir, yəni təsisçi deyil. İctimai birlik klubu sata bilərmi?!"

Qeyd edək ki, "Turan Tovuz" klubu Misli Premyer Liqasında 9 turdan sonra 15 xalla dördüncü pillədə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol