Menu

4 gündür axtarılırdı - meyiti tapıldı

29.10.2026, 11:26

Bakıda itkin düşmüş şəxsin meyiti tapılıb.

“AzPolitika” xəbər verir ki, hadisə Pirallahı adasında baş verib.

Oktyabrın 27-si saat 08 radələrində itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini 1954-cü il təvəllüdlü Ramis Əliyevin meyiti Fioletov küçəsində tapılıb.

Onun üzərində zorakılıq əlaməti aşkarlanmayıb.

Bildirilib ki, R.Əliyev 4 gündür axtarışa verilibmiş.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol