Menu

Valyuta ehtiyatlarımızla bağlı açıqlama – "40 aylıq idxalı ödəyəcək qədərdir"

29.10.2026, 11:19
Valyuta ehtiyatlarımızla bağlı açıqlama – "40 aylıq idxalı ödəyəcək qədərdir"

Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dollarına çatıb.

“AzPolitika” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, strateji valyuta ehtiyatları 40 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayət edir.

AMB sədri qeyd edib ki, beynəlxalq təcrübədə bu göstəricinin üç ay səviyyəsində olması yetərli hesab edilir. Azərbaycanın ehtiyatları isə geniş pul kütləsini 3,4 dəfə üstələyir.

Taleh Kazımov xarici sektor göstəricilərinin də ölkə üçün əlverişli olduğunu bildirib. Gömrük statistikasına əsasən, xarici ticarət balansının müsbət saldosu 10,5 milyard dollar təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol