Menu

Baş nazirdən bəzi qurumlarda çalışan əməkdaşların maaşları ilə bağlı qərar

30.10.2026, 13:40
Baş nazirdən bəzi qurumlarda çalışan əməkdaşların maaşları ilə bağlı qərar

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "Bitkiçilik Elmləri İnstitutu"nun və "Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu"nun strukturu və işçilərin say həddi təsdiq edilib.

"AzPolitika" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi" aparatının işçilərinin say həddi 120 ştat vahidi, Mərkəzin "Bitkiçilik Elmləri İnstitutu"nun işçilərinin say həddi 670 ştat vahidi, Mərkəzin "Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu"nun işçilərinin say həddi 221 ştat vahidi olacaq.

Bundan başqa, qərarla adıçəkilən qurumların əməkhaqqılarının məbləği də (vəzifə maaşının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol