Salyan rayonunda ağır yol qəzası baş verib. Hadisə bu səhər Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan “Qazel” markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılıb. Daha sonra 2 hissəyə ayrılıb.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib.
Qəza zamanı ölənlərin kimliyi məlum olub. Onlar Sabirabadın Muğan Gəncəli kənd sakinləri -1970-ci il təvəllüdlü Ələkbər Həsənov və onun həmkəndlisi, 1973-cü il təvəllüdlü Fariz Qarayevdir. (“Qafqazinfo” )
Faktla bağlı araşdırma aparılır.


Şərhlər