Menu

Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib

02.11.2026, 08:13
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib

Noyabrın 1-də, bazar günü axşam saatlarında Ukrayna sakinlərinə "Hava həyəcanı" tətbiqi vasitəsilə guya nüvə təhlükəsi və ya küçə döyüşləri barədə bildirişlər göndərilib.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, sonradan Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram kanalında belə bir təhlükənin olmadığı bildirilib və tətbiqin sındırıldığı ehtimalı irəli sürülüb.

"Hava həyəcanı" tətbiqinin düşmən müdaxiləsinə məruz qaldığı ehtimal olunur. Radiasiya ilə çirklənmə təhlükəsi yoxdur!" - deyə hərbçilər qeyd ediblər.

Onlar əhalini sakitliyi qorumağa və hava hücumları ilə bağlı xəbərdarlıqları Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram kanalı vasitəsilə izləməyə çağırıblar.

Tətbiqin mətbuat xidməti də insidentin baş verdiyini təsdiqləyib. Bildirilib ki, üçüncü şəxslər tərəfindən tətbiqin işinə "icazəsiz müdaxilə" edilib. Bu səbəbdən resursun fəaliyyəti dayandırılıb və push-bildirişlər deaktiv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol