Menu

UNEC-də genis təlim proqramı başlayıb - FOTO

02.11.2026, 11:15
UNEC-də genis təlim proqramı başlayıb - FOTO

UNEC-də genişmiqyaslı təlim proqramına start verilib.

Eyni vaxtda 637 nəfərdən ibarət pedaqoji və inzibati heyət “Design thinking”, “Süni intellekt savadlılığı” və “İnnovativ tədris metodları” üzrə təlimlərə cəlb olunacaq.

Təlimlər xarici mütəxəssislər tərəfindən “Təlimçilərin təlimi” layihəsi çərçivəsində reallaşdırılacaq və 5 həftə davam edəcək. Planlı, şəffaf və koordinasiyalı idarəetmənin təmin edilməsi məqsədilə təlim prosesi “Rəqəmsal UNEC – EDUMAN” platforması vasitəsilə həyata keçiriləcək.

“Design thinking” təlimi rektor, dekanlar, prorektorlar və kafedra müdirlərindən ibarət olmaqla, iki qrupda 24 saatlıq proqram üzrə xarici mütəxəssis tərəfindən aparılacaq.

“Süni intellekt savadlılığı” təlimi öncədən hazırlanmış 9 təlimçi tərəfindən keçiriləcək. 18 qrupda 360 akademik heyət 30 saatlıq, 9 qrupda 180 inzibati heyət 25 saatlıq təlimlərə cəlb ediləcəkdir.

“İnnovativ tədris metodları” proqramı isə 4 təlimçi tərəfindən hər birində 17 nəfər olmaqla, 4 qrupda ümumilikdə 68 müəllim üçün 20 saatlıq proqram əsasında keçiriləcək. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol