Menu

AYNA-da bütün sistemlər yenilənir - 13 milyon ayrıldı

02.11.2026, 11:21
AYNA-da bütün sistemlər yenilənir - 13 milyon ayrıldı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyət istiqamətləri üzrə mövcud informasiya sistemləri təkmilləşdiriləcək və texniki dəstək xidməti göstəriləcək. 

"AzPolitika" Ölkə.az-a istinadla xəbər verir ki, AYNA bununla bağlı "Az Softvare System" MMC ilə müqaviə imzalayıb.

Müqavilə ilə, “Fərqlənmə nişanı”, “Taxoqraf”, “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə icazələrin verilməsi”, “İş axınının idarə olunması altsistemi”, “e-Daşıyıcılar”, “E-taksi”, “Reysqabağı texniki və tibbi muayinə” və digər altsistemlərə texniki dəstək göstəriləcək, təkmilləşdirmə xidmətləri və yeni modulların əlavə edilməsi həyata keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol