Menu

ADY qatarlarının birinci sinif salonu gündəlik reyslərdə niyə əlçatan deyil? - AÇIQLAMA

02.11.2026, 10:41
ADY qatarlarının birinci sinif salonu gündəlik reyslərdə niyə əlçatan deyil? - AÇIQLAMA

Abşeron dairəvi marşrutu üzrə hərəkət edən qatarlarda birinci sinif sərnişin salonunun istifadəsinin məhdudlaşdırılması narazılığa səbəb olub.

"AzPolitika" Oxu.Az-a xəbər verir ki, sakinlər qatarlarda mövcud olan həmin salonun gündəlik sərnişindaşıma zamanı istifadəyə verilməməsindən şikayətçidirlər.

Sərnişinlərin sözlərinə görə, xüsusilə pik saatlarda sözügedən hissəyə keçidin məhdudlaşdırılması vaqonda sıxlığın çox olmasına səbəb olur.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, qeyd edilən sərnişin salonu Abşeron dairəvi marşrutunda xidmət göstərən 9 ədəd ikimərtəbəli sərnişin qatarının cəmi 4-də mövcuddur:

"İkinci mərtəbədə yerləşən həmin salonda birinci sinif yerlərə bilet alan sərnişinlərə fərdi işıqlandırma, masalar, fırlanan oturacaqlar və digər bu kimi daha yüksək komfort və texniki imkanlar təqdim olunur.

Sözügedən salonun gündəlik yüksək sərnişin axını olan dairəvi marşrut üzrə hərəkət edən qatarlarda intensiv istifadəsi texniki reqlamentə əsasən uyğun hesab edilmir. Həmin qatarlar hazırda həftəsonları Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə buraxılır. Bu reyslər üzrə müntəzəm birinci sinif xidmətinin göstərilməsi üçün salonun orijinal komfort standartları qorunur və bu səbəbdən gündəlik istifadəsi məhdudlaşdırılıb.

Həmin salonda cəmi 9 yer təqdim olunur. Bu, 375 oturacaqlı qatarda xüsusi fərq yaratmadığı üçün və yuxarıda qeyd olunanları nəzərə alaraq vaqonun bu hissəsinin istifadəsi şəhərətrafı qatarlarda sərnişindaşıma xidmətinin keyfiyyətinə təsir etmir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol