Menu

Milyardlıq fondda ciddi dəyişiklik – Əsas hədəflər açıqlandı

04.11.2026, 13:48
Milyardlıq fondda ciddi dəyişiklik – Əsas hədəflər açıqlandı

Rusiya Birbaşa İnvestisiyalar Fondunda (RBİF) baş verən yüksək səviyyəli kadr dəyişiklikləri və müşahidə şurasının yenilənməsi ekspert dairələrində geniş müzakirələrə səbəb olub. Fondun Müşahidə Şurasının sədri postuna Prezident Administrasiyasının rəhbəri Anton Vayno təyin edilib.

Bununla yanaşı, şuranın tərkibinə Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, baş nazirin müavinləri Aleksandr Novak və Anton Siluanov, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, eləcə də Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin daxil olublar.

İqtisadçı Tatyana Rybakovanın fikrincə, RBİF-dəki bu yerdəyişmələr maliyyə bloku və Prezident Administrasiyasının mövqelərinin güclənməsindən xəbər verir: “Bu dəyişikliklər faktiki olaraq 'danışıqlar və monetar siyasət partiyası'nın 'müharibə və dövlət dizirizmi partiyası' üzərində qələbəsidir. Müşahidə şurasının yeni tərkibi əsasən Kirill Dmitriyevin komandası, Nabiullina-Siluanov tandemi və Anton Vayno ətrafındakı şəxslərdən formalaşıb”.

Politoloq Ruslan Aysin hesab edir ki, yenilənmiş fond sadəcə iqtisadi qurum deyil, həm də Vaşinqtonla əlaqələrin qurulmasında əlavə siyasi təsir mərkəzidir. RBİF faktiki olaraq Xarici İşlər Nazirliyinin malik olmadığı geniş səlahiyyətlərə – həm kommersiya, həm də daxili siyasi məsələlərə müdaxilə etmək imkanına yiyələnir.

ABŞ-ilə mümkün sövdələşmələr üçün fond əsas alətə çevrilir. Lakin Rusiya neft, qaz, dizel və kömür təklifləri ilə ABŞ lideri Donald Trampın komandasını "ilişdirmək" istəsə də, hər şey Ukrayna üzrə aparılacaq danışıqların gedişatından asılı olacaq.

Xatırladaq ki, 2022-ci ildən bəri ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altında olan RBİF-in başçısı Kirill Dmitriyevin sözlərinə görə, hətta amerikan qurumları bəzi enerji təchizatı məsələlərində fondun köməyinə müraciət ediblər. Əgər sanksiyalar qismən ləğv olunarsa, fond vasitəsilə böyük Amerika investisiyalarının cəlb edilməsi, o cümlədən "Şimal axını" layihələrinə investorların qaytarılması ehtimalları müzakirə olunur.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol