Menu

Naxçıvana niyə az pul ayrılıb?

04.11.2026, 13:14
Naxçıvana niyə az pul ayrılıb?

"Regionların büdcədən asılılığı azaldılıb".

"AzPolitika" xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, növbəti il dövlət büdcəsində regionların büdcədən asılılığı daha da azaldılır və rayonların dotasiyadan asılılığı isə tam olaraq aradan qaldırılır:

"Naxçıvanın dotasiyamızda cari illə müqayisədə 13,6 milyon manat və ya 6,4% azalacaq. Bu da onun hesabınadır ki, Naxçıvanın öz yerli gəlirləri çoxalır və artıq daha böyük hissə məhz Naxçıvanın yerli gəlirləri hesabına təmin olunacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol