Menu

2027-ci ildə gözlənilən inflyasiya səviyyəsi açıqlandı

04.11.2026, 13:08
2027-ci ildə gözlənilən inflyasiya səviyyəsi açıqlandı

"Mərkəzi Bankın baza ssenari üzrə oktyabr proqnozlarına əsasən, illik inflyasiya 2027-ci ildə 5.9% səviyyəsində qərarlaşacaq".

"AzPolitika" xəbər verir ki, bunu Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, 2027-ci il və orta müddətli dövr üçün təqdim edilən makrofiskal çərçivəni müsbət qiymətləndirilir:

"Dövlət xərclərinin konservativ artımı və optimallaşdırılması, neft transferlərinin mərhələli azaldılması, neft mənbələrinin payının artırılması, habelə büdcə kəsirin və dövlət borcunun idarə olunan səviyyədə saxlanılması fiskal dayanıqlığın gücləndirilməsinə xidmət edir. Büdcə xərclərinin effektivliyinin artırılması fiskal multiplikatordunun yaxşılaşdırılmasına xidmət edəcəyinə inanırıq".

Sədr əlavə edib ki, neftin dünya bazarında qiymətin müvəqqəti yüksəlməsinə baxmayaraq, 2027-ci il üçün neft qiymətinin konservativ götürülməsini müsbət qiymətləndirilir:

"Hasilatın azalması və enerji bazarlarında uzunmüddətli qeyri-müəyyənliklər şəraitində neft gəlirlərindən asılılığın azaldılması mühüm əhəmiyyət daşıyır. 2027-ci ildə də büdcə kəsirin əsasən daxili və xarici borclanma hesabına maliyyələşdirəcəyi gözlənilir. Bunu nəzərə alaraq fiskal siyasətinin inflyasiyaya əhəmiyyətli təsiri etməyəcəyi gözlənilir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol