Menu

AFFA "Mingəçevir"i cərimələdi - Texniki məğlubiyyət verildi

06.11.2026, 12:25
AFFA "Mingəçevir"i cərimələdi - Texniki məğlubiyyət verildi

Azərbaycan I Liqasında VII turun "Mingəçevir" - "Şahdağ Qusar" matçına gəlməyən meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

"AzPolitika" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Noyabrın 4-də keçirilməli olan qarşılaşma "Mingəçevir" komandasının görüşə gəlməməsi səbəbindən baş tutmadığı üçün klub həmçinin 3000 manat cərimələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol