“Azərbaycan Respublikasının 2027─2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanır.
"AzPolitika" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.
Nazir müavini bildirib ki, Zəfər ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, ölkəmizin iqtisadi inkişafı üçün də yeni imkanlar açıb: "Cari il “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”-nın yekun ilidir, 2027–2030-cu illər üçün isə yeni Strategiya hazırlanır”.


Şərhlər