Menu

“Sabah”ın futbolçusu Norveçdə qalmaqala səbəb oldu - “Qəsdən etdim”

06.11.2026, 10:56
“Sabah”ın futbolçusu Norveçdə qalmaqala səbəb oldu - “Qəsdən etdim”

“Sabah”ın futbolçusu Timoteuş Puxaç Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Vikinq”ə 1:4 uduzduqları matçda qalmaqala səbəb olub.

“AzPolitika” "Qafqazinfo"ya istinadla xəbər verir ki, həmin oyunda Norveç klubunun futbolçuları komanda yoldaşlarının zədələnməsindən sonra topu auta çıxarıb.

Daha sonra Puxaç feyr-pleyə əməl etməyərək topu rəqibə qaytarmayıb. 27 yaşlı futbolçunun bu davranışı norveçli azarkeşlərin narazılığına səbəb olub. Onlar həmin dəqiqədən etibarən Puxaçın hər hərəkətini fitə basıblar. Bundan başqa onun matçdan sonra verdiyi açıqlama daha çox qalmaqala səbəb olub. Puxaç hərəkətini qəsdən etdiyini və üzr istəməycəyini bildirib.

O, norveçli jurnalistin sualına belə cavab verib: “Bəli, bunu qəsdən etdim. Məni komandamın qələbəsi maraqlandırır”.

Norveç mətbuatı isə hələ də Puxaçı tənqid edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol