Menu

"Qarabağ"ın ulduzu Ukrayna millisinə çağırıldı

04.11.2026, 15:48
"Qarabağ"ın ulduzu Ukrayna millisinə çağırıldı

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk karyerasında ilk dəfə Ukrayna millisinə çağırılıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

26 yaşlı cinah oyunçusu UEFA Millətlər Liqasının noyabr oyunları üçün açıqlanan 25 nəfərlik heyətə daxil edilib. Ukrayna millisi noyabrın 14-də Şimali İrlandiya, 17-də isə Gürcüstan yığması ilə qarşılaşacaq.

Kaşuk daha əvvəl Ukraynanın aşağı yaş qrupları üzrə millilərində çıxış edib. O, U-21 yığmasının heyətində 13 oyuna üç qol vurub və bir məhsuldar ötürmə verib.

Qeyd edək ki, A.Kaşuk cari mövsümdə "Qarabağ"ın heyətində bütün turnirlərdə beş qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol