Menu

Tramp yenə vəd verir - “Onlar ilk dəfə münaqişəni həll etmək istəyirlər”

07.11.2026, 13:10
Tramp yenə vəd verir - “Onlar ilk dəfə münaqişəni həll etmək istəyirlər”

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında gələcək razılaşmanın "çox miqyaslı" olacağını düşünür. 

“AzPoliotika” xarici KİV-ə istinadla xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında müharibənin həlli ilə bağlı bir gün əvvəl bir neçə telefon danışığı apardığını deyib. O, qarşıdakı günlərdə daha bir neçə telefon danışığı keçirməyi planlaşdırdığını bildirib. Lakin ABŞ Prezidenti konkret olaraq kiminlə danışdığını dəqiqləşdirməyib.

O, həmçinin danışıqlar prosesi ilə bağlı görüşlərin bazar ertəsi və çərşənbə axşamı günlərinə planlaşdırıldığını açıqlayıb.

"Düşünürəm ki, Rusiya və Ukrayna ilk dəfə olaraq münaqişəni həll etmək istəyirlər. Görüşlərimiz olur. Bu gün telefon danışıqlarım oldu. Sabah daha çox görüş keçirəcəyəm. Bazar ertəsi və çərşənbə axşamı görüşəcəklər, bilirsinizmi? Amma onlar, düşünürəm ki, münaqişəni həll etmək istəyirlər", - Tramp jurnalistlərə bildirib.

Amerika Prezidenti potensial razılaşmanın Ukrayna və Rusiyadan kənarda da təsirlərinin olacağına əmindir: "Düşünürəm ki, bu, çox genişmiqyaslı bir razılaşma olacaq. Düşünürəm ki, bu, bütün Avropaya təsir edəcək ".

Tramp əlavə edib ki, o, müharibəyə son qoymaq üçün daim çalışır və ölümlərin dayandırılmasını istəyir. ABŞ Prezidentinin sözlərinə görə, Rusiya və Ukrayna təkcə son bir ayda əsasən hərbçilərdən ibarət olmaqla 25.000 nəfər itirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol