Menu

“O, ABŞ-nin münaqişədən çıxmasını istəyir”- “Vens iki həftədir İranla danışır”

07.11.2026, 11:00
“O, ABŞ-nin münaqişədən çıxmasını istəyir”- “Vens iki həftədir İranla danışır”

ABŞ vitse-prezidenti C.D. Vens son iki həftədir ki, yeni atəşkəs razılaşmasının əldə edilməsi və nüvə danışıqlarının bərpası üçün İranla aparılan dolayı danışıqlarda şəxsən iştirak edir.

“AzPolitika” xəbər verir ki, bu barədə “Axios” vəziyyətlə tanış olan iki mənbəyə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Vens Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani, Pakistan Ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Munir və digər vasitəçilərlə demək olar ki, hər gün əlaqə saxlayır. Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ Prezidentinin müşaviri Cared Kuşner də danışıqlarda iştirak edir.

Tərəflər yaxın günlərdə ABŞ və İran nümayəndələri arasında texniki görüşün keçirilməsi imkanlarını müzakirə ediblər, lakin bu hələ baş tutmayıb. Vasitəçilik səylərində iştirak edən mənbələr müəyyən irəliləyişləri qeyd etsələr də, danışıqların yavaş getdiyini vurğulayırlar.

İki həftə əvvəl Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə birbaşa danışıqların bərpası təklifi ilə məktub göndərib. “Axios”-un məlumatına görə, İran rəsmiləri bu məktubu dialoqun bərpası üçün bir təkan kimi qiymətləndiriblər.

Vens daha əvvəl də İranla müharibəyə qarşı çıxıb və diplomatik həll yoluna üstünlük verib. "Axios"-a görə, indi o, ABŞ-nin münaqişədən çıxmasını istəyir. Vens son açıqlamalarında özü də etiraf edib ki, bu müharibə Respublikaçıların aralıq seçkilərdə sarsıdıcı məğlubiyyətinin əsas səbəblərindən biri olub.

Qeyd edək ki, bütün bu məlumatlarla yanaşı, Qərb mediası artıq Tramp tərəfindən İrana qarşı genişmiqyaslı hücumla bağlı qərar verildiyi və bu hücumun noyabrın 9-da başlayacağı barədə xəbərlər yayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol