Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına və milli neft şirkəti olan “Saudi Aramco”nun obyektlərinə zərbələr endirdiklərini iddia ediblər.
"AzPolitika" APA-ya istinadla xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.
Onun sözlərinə görə, əməliyyatlar zamanı çoxsaylı ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə olunub.
Husilər daha sonra şirkətin Xurays yatağı ərazisindəki obyektlərinə və Səudiyyə Ərəbistanının mərkəzində yerləşən əd-Dəvadimi şəhərindəki nasos stansiyasına da hücum etdiklərini bildiriblər.


Şərhlər