Menu

"İnanıram ki, növbəti gəlişimizdə Şuşa daha da fərqli olacaq" - Türkiyə Prezidenti

08.11.2026, 17:11
"İnanıram ki, növbəti gəlişimizdə Şuşa daha da fərqli olacaq" - Türkiyə Prezidenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Türk milləti olaraq hər zaman Azərbaycanın yanında olmağa, kədərini öz kədəri, sevincini öz sevinci kimi bilməyə davam edəcəyini bəyan edib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün Şuşaya gələrkən 7 ayrı tuneldən keçib:

"Bu 7 tunel bölgədə aparılan yenidənqurma, təmir-tikinti işlərini uğurunu ortaya qoyur. Şuşaya gələrkən haradan haraya gəldiyimizin sevincini yaşadıq. İnanıram ki, növbəti gəlişimizdə Şuşa daha da fərqli olacaq. Füzuli də fərqli olacaq. Çünki bu işə inanmış, canını qoyan bir lider var. Eyni zamanda komanda var. Bu lider və kadr eyni inancda və qərarlılıqda yoluna davam edir. Şəhidləri ehtiramla yad edirəm, qazilərə şəfa diləyirəm. Azərbaycan xalqını bir daha Zəfər münasibətilə təbrik edirəm".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol