Menu

LİDERLƏRDƏN QARDAŞLIQ VƏ BİRLİK MESAJLARI - "Heç kimə imkan vermərik ki, aramıza girsin” + VİDEO (Yenilənir)

08.11.2026, 16:42
LİDERLƏRDƏN QARDAŞLIQ VƏ BİRLİK MESAJLARI - "Heç kimə imkan vermərik ki, aramıza girsin” + VİDEO (Yenilənir)

Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq".

"AzPolotika" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib.

"Hesab edirəm ki, bu tarixi səfərin əsas nəticəsi məhz budur", - deyən dövlətimizin başçısı bəyan edib ki, Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır.

Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz.

"Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsılmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaq. Onların arzuları gözlərində qalacaq. Biz bu sərvəti qoruyuruq. İki xalq ilk növbədə iki lider və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxudda ki, öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın", - Prezident deyib.

"Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur. Bir daha demək istəyirəm ki, əziz qardaşım, hörmətli Prezidentin sıx qrafikinə baxmayaraq, bu Zəfər Günündə burada - Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Əminəm ki, bu birlik əbədi olacaq", - deyə dövlətimizin başçısı əlavə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında qardaşlıq nesajı verib. 

O bəyan edib ki, Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər heç vaxt əməllərinə çata bilməyəcək.

"Bakının sevincini Ankaranın sevincidir. Şuşanın qürurunu bütün millətin qüruri bilirik. TDT-nin bugünkü vəziyyəti ortaq iradə və səylərimizin ən bariz nümunəsidir", - deyə Ərdoğan bildirib.

Türkiyə Prezident bəyan edib ki, bərabərliyimiz hər zaman olacaq:"Bunun üçün var gücümüzlə çalışırıq. TDT-nin bugünkü vəziyyəti ortaq iradə və səylərimizin ən bariz nümunəsidir. Türk dünyasının birlik üçün hər addım atırlır. Bu səbəbdən Azərbaycana təşəkkür edirik"

Prezidentlər mətbuata birgə bəyanatlarının videosunu  təqdim edirik:


***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış edirlər.

Prezidentlər mətbuata birgə bəyanatlarını təqdim edirik: 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol