Menu

ƏƏSMN-in kollektivi şəhidlərin əziz xatirəsini ehtiramla anıb - FOTO

08.11.2026, 15:55
ƏƏSMN-in kollektivi şəhidlərin əziz xatirəsini ehtiramla anıb - FOTO

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) kollektivi Zəfər abidəsini ziyarət edib.

"Report" nazirliyə istinadən xəbər verir ki, Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsini, xalqın sarsılmaz birlik və həmrəyliyini, dəmir iradəsini təcəssüm etdirən Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, qəhrəman şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordu uğurlu hərbi əməliyyatlarla cəmi 44 gün ərzində möhtəşəm tarixi Zəfər əldə edib: "Beynəlxalq səviyyədə tanınan ərazilərimiz Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad olunub.

İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalanması və aparılan böyük bərpa-quruculuq işləri hər birimiz üçün sonsuz iftixar mənbəyidir.

Dövlətimizin başçısının 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol