Menu

Cozef Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb

09.11.2026, 08:40
Cozef Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb

Prostat xərçəngi xəstəliyi diaqnozu qoyulan ABŞ-nin keçmiş prezidenti Cozef Bayden həkimlərinin bədəninin müalicəyə reaksiyasına müsbət yanaşdığını bildirib.

 O, bu barədə "X" sosial media səhifəsində yazıb.

"Həkimlərim əvvəlki kimi müalicəyə necə reaksiya verdiyimdən ruhlanırlar. Bəzi günlər digərlərindən daha yaxşıdır, amma bu, məni dayandırmayıb, sadəcə yavaşladıb", - Bayden qeyd edib.

Keçmiş prezidentin sözlərinə görə, səhhəti onu memuarları üzərində işləməyə və gələcək kitabının müzakirəsinə daha az vaxt ayırmağa məcbur edir.

Bayden əlavə edib ki, xəstəliyi səbəbindən memuar haqqında daha az müzakirə apara biləcək, lakin kitabın məzmununun "özü öz barəsində danışacağına" ümid etdiyini bildirib. /"Report

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol